40 manat məbləğində cərimə gözləyir
Bakıda sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək hərəkəti tam iflic edib.
Hadisə ötən gün paytaxtın Əziz Əliyev küçəsində baş verib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb.
Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərəkət bərpa edilib. Nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılıb.
Xezerxeber.az-ın məlumatına görə, artıq sürücü cəriməsini ödəyərək avtomobilini duracaqdan aparıb.Ərazidə isə nəzarət tədbirləri gücləndirilib.
Hadisəyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, paytaxtın bir ısra mərkəzi küçələri daimi kameralar və Agentlik əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Qaydaları pozan sürücülərin avtomobilləri evakuasiya edilir. Həmçinin avtobus dayancaqlarında park edilən avtomobilər də duracağa aparılır.
Qeyd edək ki, dayanma və durma qaydalarını pozan sürücüləri 20 manat, avtobus daynacağında avtomobil saxlayanları isə 40 manat məbləğində cərimə gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: