r

Binəqədidə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza olub - FOTO/VİDEO

Ötmə əməliyyatı edən sürücü qəza törədərək xəsarət alıb.

Binəqədi rayonunda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyatı hadisəsi baş verib. Qəza “Zəngəzur” restoranının yaxınlığında qeydə alınıb. Xanım sürücü idarə etdiyi “Nissan” markalı avtomobillə ötmə əməliyyatı etmək istəyib. Bu zaman onun avtomobili əks yolda hərəkətdə olan “Subaru” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra eyni istiqamətlə gedən “Chevrolet” və “Volkswagen” markalı avtomobillər də nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə “Subaru” markalı avtomobillərin sürücüləri xəsarət alıblar.
Qəza zamanı “Nissan”ın sürücüsü deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin və FHN-in Binəqədi rayonu üzrə 2 briqadası cəlb edilib.

FHN-in əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas ediblər. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı Əliyeva Fatimə Əli qızına döş qəfəsinin və belin küt travması diaqnozu qoyulub.

Hadisə nəticəsində yolda tıxac yaranıb. DYP əməkdaşları yolda tənzimləmə işləri aparıb.

Hadisənin təfərrüatı araşdırılır.