Bir müddət əvvəl xəbər verdiyimiz kimi Qara Qarayev prospekti "Ramal" Ticarət mərkəzi ilə üzbə-üz ağacların kəsilməsi fotolarını yayımlamışdıq. Dərc edilən məqalənin ardınca Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elnur adlı əməkdaşının zəng edərək ağacların dəqiq hansı ünvanda kəsilməsi xəbərini almasından sonra düşündük ki, bu soyqırımın qarşısı alınacaqdır. Amma təsüflər olsun ki, nə ETSN əməkdaşı nədə rəhbərliyi Nizami rayon İcra Başçısının obyekt yeri satışının qarşısını ala bilmədi.
Nizami rayon icra başçısının Ticarət obyektlərinə qarşı sevdası artıq Qara Qarayev prospektində tamamilə ağacsız qalmasına aparıb çıxaran prossesə start verib. Bu marağın qarşısını isə nə nazilik nədə digər qurumlar ala bilməməkdədir. Sosial şəbəkələrdə durmadan paylaşılan Fotolarda bunu subut etməkdədir.
ETSN nümayəndələri media vasitəsi ilə ətraf mühitin tam şəkildə mühafizə etdiklərini bəyan etsələrdə deyilənlər bu gün öz təsdiqin tapmamaqdadır. Ekologiya Nazirini aldadan nazirlik əməkdaşları bu faktları nəvaxta qədər nazirdən gizlədə biləcəklər.
Ekologiya nazirliyini aldadaraq yüksək məbləğdə rüşvət qarşılığında kəsilən ağacları yenidən kimlər bərpa edəcək. 8km ərazisi o cümlədən Nizami rayon icra hakimiyyətinin beş addımlığında gözlə görülən soyqırıma dur deyən tapılmırsa, buna hansı adı vermək olar?. Ölkə rəhbərinin dəfələrlə çıxışlarında məmurlara Ekologiyanı bizneslərinin qurbanı etməməyi və buna görə, cəzalanacaqlarını bildirsə də biganəlik eyni şəkildə davam etdirilməkdədir. Ölkə rəhbərinin tövsiyələrini heçə sayan Nizami rayon icra başçısı kimlərə güvənir ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını heçə saymaqda davam edir.
Bütün bunlara gələn yazımızda cavab tapacaqsınız. Bizi izləməyi unutmayın.
V.B
Azbaku.info