Bakıda daha bir "Gelandewagen" piyadanı vurdu

Aeroport yolunda dəhşətli qəza baş verib.

AzBaku.info Ölkə.az-a istinadən xəbər verir ki, "Mercedes Gelandewagen" markalı avtomobil yol kənarında dayanmış digər "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində vurulan "Mercedes"in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

Əldə etdiyimiz məlumata görə, "Gelandewagen"in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur.