Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında iki səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzBaku.info APA-ya istinadən məlumatına görə, Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı nəqliyyat vasitəsi Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.