Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır
Rusiyanın Saratov əyalətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 16-da səhər saatlarında P-158 avtomagistralının 580-ci kilometrliyində Tatişevsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə əyalət üzrə Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, “Volqa” markalı minik avtomobili, naməlum səbəblərdən içərisində Özbəkistan vətəndaşlarının olduğu “Hyundai” marklı mikroavtobusla toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Nəticədə minik avtomobilinin sürücüsü ilə “Hyundai”da olan 3 nəfər hadisə yerində vəfat ediblər. Mikroavtobusun daha 5 nəfəri isə xəstəxanaya çatdırılıb. Palataya yerləşdirilən yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.