“Qoca” ləqəbli avtoritetə və onunla qaçan digər məhkuma hökm oxunub

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədov barəsində məhkəmə qərarı elan edilib, digər məhbusa hökm oxunub.

APA-nın xəbərinə görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, mərhum Etibar Məmmədov barəsində cəza təyin edilmədən, ittiham hökmü çıxarılıb.

Əli Ağami barəsində isə cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal avtoritet Tahir Məlikov 18 il, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov 18 il, Əfsər İbrahimov da 18 il müddətinə azadlıqdan məhrum edilib.