Ağsu xəstəxanasında rəzalət: Xəstələrə baxan yoxdur

Ağsu rayon Mərkəzi Xəstəxanasında görünməmiş rəzalət hökm sürür.


Gundemxeber.Az xəbər verir ki, İcbari Tibbi Sığortanın tətbiq olunmasından sonra Ağsu rayon Mərkəzi Xəstəxanasında sözün əsl mənasında xaos yaşanır. Tibbi siğorta qanunu ilə razılaşmayan həkimlər kütləvi sürətdə dövlət xəstəxanadan çıxaraq özəl klinikalar açmağa başlayıblar. Hazırda xəstəxananlın dəhlizlərində 10-larla xəstə həkim gözləyir.

Ağsu rayon sakini Nurlan Mirkazımlının Sozcu.az saytına verdiyi məlumata görə, hazırda ağır vəziyyətdə olan anası xəstəxanada baxımsız vəziyyətdədir:

“Anam ağır xəstədir, əməliyyat olunmalıdır. Bu gün anamı əməliyyat üçün təcili olaraq xəstəxanaya apardıq. Saatlarla xəstəxananın dəhlizində gözləsək də, həkim tapa bilmirik. Xəstəxananın həkimlərinə zəng etsək də, heç biri telefonları açmır. Mən bununla bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng etdim, Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı. Hal-hazırda xəstəxananın dəhlizlərinə ağır vəziyyətdə olan xəstələr həkim gözləyirlər. Bu qədər özbaşınalıq olarmı?”

Sozcu.az saytının əməkdaşı məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə nömrələrinə dəfələrlə zəng etsə də, telefonlara cavab verən olmadı.