A.Təvəkküloğlunun himayə etdiklərini Mərkəzi Aran bölgəsindən olan daha bir məmurda müdafiə edir.
BakuNews.az-a etibarlı mənbədən daxil olan məlumata görə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu fəaliyyətini yalnız aid olduğu strukturdakı işi ilə məhdudlaşdırmır, eyni zamanda mənsub olduğu rayonda – İmişlidə fəaliyyət göstərən dövlət müəssisələrinin bəzi rəhbərlərini də himayə etməklə məşğuldur. Mənbənin verdiyi məlumata görə həmin müəssisə rəhbərləri haqqında mediada dərc edilən məlumatların təsir gücünü azaltmaq işi də bilavasitə Təvəkküloğlunun fəaliyyət sferasına daxildir. Belə ki, həmin müəssisə rəhbərləri ilə bağlı dərc edilən məlumatlardan yuxarıların xəbərdar olmaması üçün MM-in mətbuat xidmətinin rəhbəri nazirliklərin eyni adlı struktur rəhbərlərindən müəyyən xahişlər edir. Məlumatda o da bildrilir ki, A.Təvəkküloğlu biznes fəaliyyəti ilə də məşğul olur. Xidmət rəhbərinin paytaxtdakı və Rusiyadakı biznesi ilə bağlı araşdırmalarımız davam edir. Mənbə yaxın günlərdə redaksiyaya bu barədə səhih məlumatlar verəcək. Xatırladaq ki, A.Təvəkküloğlunun himayə etdiklərini Mərkəzi Aran bölgəsindən olan daha bir məmurda müdafiə edir. Qardaşı millət vəkili olan həmin məmurla bərabər bir klanın iki rəhbərinin olması hələ ki, hər hansı problem və qısqanclıq yaratmır. İmişlidən və əslən o bölgədən olan klan üzvlərinin ilk işləri iqtisadi birliyiə nail olmaqdır. Ona görə də biri digərinin inanılmış şəxsi üçün hətta özünə aid iqtisadi təsisatda əhəmiyyətli rol belə təklif edir. Mənbənin verdiyi məlumata görə ilk jest də A.Təvəkküloğlundan gəlib. MM-in mətbuat xidmətinin rəhbərinin himayə etdiyi müəssisə rəhbərlərindən birinə yaxın olan şəxs bu günlərdə səfərdən dönüb. Məsələ ilə bağlı daha dolğun məlumat oxucuların diqqətinə çatdırılacaq.
Mövzuya qayıdacağıq.
Redaksiydan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.