91 yaşlı kişi yanğından xilas edilib - FOTO/VİDEO

Mingəçevir şəhərinin Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib.

Belə ki, şəhər sakini 91 yaşlı Qüdrət Məhərrəmov yaşadığı mənzildə qaz sobasına yaxınlaşan zaman onun paltarı qəfildən yanmağa başlayıb.

Yaşlı kişi alovdan qurtarmaq üçün qonşuları köməyə çağırıb. Ətrafdakılar Qüdrət Məhərrəmovu alovdan xilas edib.

Qonşular mənzildə başlayan yanğının da qarşısını alıblar.

Qüdrət Məhərrəmov dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Qüdrət Məhərrəmov həyat yoldaşı vəfat etdikdən sonra uzun müddətdir, tək yaşayırmış.

Hadisənin baş vermə səbəbləri araşdırılır.