87 saylı Agsu-İsmayıllı seçki dairəsindən Analoq.az saytına müraciət edən bitərəf namizəd Əliməmmədova Hicran Nağı qızı seçki saxtakarlığından danışıb. Hicran Əliməmmədova 87 Agsu-İsmayıllı seçki dairəsindən millət vəkili seçilən Tahir Kərimlinin saxtakarlıq nəticəsində seçkilərdə qalib olduğunu bildirib: “87 saylı Agsu-İsmayıllı seçki dairəsində seçki məntəqə sədrləri və üzvləri Vəhdət Partiyasının sədri Tahir Kərimlinin qalib olması üçün bütün mümkün variantlardan istifadə edirdilər. Əlimizdə foto və videolarda bu saxtakarlığı açıq-aydın görmək olur. Mən ölkə başçısına müraciət edərək Tahir Kərimlinin seçildiyi 87 saylı Agsu-İsmayıllı seçki dairəsində seçkilərin nəticəsinin ləğv edilməsini xahiş edirəm”