Azərbaycanlı qız başqa oğlanla tutuldu - Restoranda qan düşdü +ANBAAN VİDEO

Azərbaycanlı qız iki oğlanın qanlı dava törətməsinə səbəb olub.


AzBaku.org xəbər verir ki, Azərbaycan vətəndaşı olan Gülsura A Türkiyədə restoranda oğlanla nahar edən zaman qanlı davaya düşüb. Türkiyə mətbuatının yaydığı məlumata görə,Əsənyurtda müvəqqəti yaşayan Gülsura orada türk oğlanla tanış olub. Bir müddət münasibətləri olduqdan sonra o oğlandan ayrılıb və başqa bir türk oğlanla münasibət yaradıb.

Hadisə də bunun üstündə baş verib. Qızın əvvəlki sevgilisi Sərdar A. restorana gələn zaman keçmiş sevgilisinin başqa oğlanla əyləndiyini görərək əsəbiləşib. O, masaya yaxınlaşaraq onlara söz atıb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Azərbaycanlı qızın yeni sevgilisi Caner K. tapança ilə Sərdarı ağır yaralayıb Daha sonra küçəyə çıxaraq havaya atış açıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşı olan Gülsurəni və sevgilisini həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxu24.com hadisənin baş verdiyi anın videosunu təqdim edir: