Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciətlərə də baxılıb.
AzBaku.org-ın xəbərinə görə, MSK-nın iclasında bununla bağlı qərar verilib.
Qərarla həmin dairənin 30 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.
Bundan əlavə sözügedən iclasda həmçinin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.
MSK şikayətlərlə bağlı qərara alıb ki, adıçəkilən dairənin 14, 17, 23, 25 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.
19:42
Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi Birinci Seçki Dairəsi üzrə bir məntəqənin nəticələri etibarsız sayılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qərar verilib.
Nəticəsi etibarsız sayılan həmin dairənin 24 saylı seçki məntəqəsidir.
oxu.az