İraq həbsxanasında qalan 82 azərbaycanlı uşaq Bakıya göndərildi

İraq İŞİD üzvü olan ailələrə məxsus 82 uşağı Azərbaycana göndərib.

Yenihaberden.com-un məlumatına görə, bu barədə İraq Xarici İşlər naziri Əhməd əs-Səhhaf yazılı açıqlama verib.

“İraqda İŞİD üzvü olduğu üçün tutularaq həbsxanaya salınan anaların yanında qalan 82 uşaq Azərbaycana göndərildi”, - deyə açıqlamada bildirilir.