Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisidir.
AzBakuşğ.org xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Orxan Allahverdiyevin 4 həmtəsisçidən biri olduğu “İnvest-2011” MMC 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.
Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və Fətəli Xan Xoyski prospekti, ev 113, mənzil 48 ünvanında hüquqi qeydiyyatda olan “O.Ş-İnşaa” MMC-nin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.
Başçı oğlunun sahibi olduğu 3-cü şirkət – “Amiras” MMC 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.
Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, 6 iyun 2018-ci ildə Xaləddin İsgəndərovun yerinə təyin edilib.
(TİA.AZ)