Avstraliyada qadınlar tualet kağızına görə əlbəyaxa oldular - VİDEO

Avstraliyanın Çullora şəhərində supermarketlərin birində tualet kağızı davaya səbəb olub.


“The Sun” bildirir ki, sonuncu bağlamaya görə üç qadın əlbəyaxa olub.
Polis artıq onların şəxsiyyətini müəyyənləşdirir.




Yerli əhalinin koronavirusun yayılması ilə bağlı xəbərlərin fonunda supermarketlərə axışdığı bildirilir. Maraqlıdır ki, avstraliyalılar qida məhsullarından çox, tualet kağızı almağa can atıblar. Bu səbəbdən də, demək olar, bütün Avstraliya supermarketlərində tualet kağızı bitib.