Son aylarda erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb.
Ermənistan KİV-də yer alan xəbərə görə, bununla bağlı Amerika Tədqiqatları Erməni Mərkəzi məlumat yayıb.
“Tramp administrasiyası Qarabağda reallaşdırılan minalardan təmizlənmə proqramına ayrılan vəsaitin ixtisarı barədə qərar qəbul edib. Amerika Tədqiqatları Erməni Mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin aktiv fəaliyyəti, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasında öz maraqlarının təmini üçün xərclədiyi pullar barədə məlumat təqdim edib.
Məhz ABŞ Milli Təhlükəsizlik Şurası bu proqramın gələcəyini müəyyən edəcək.
Qeyd etmək lazımdır ki, ABŞ, Ermənistan istisna olmaqla, Qarabağın müstəqilliyini tanımadan ona birbaşa maddi yardım göstərən yeganə dövlət idi”, - deyə mərkəzin açıqlamasında bildirilib.
oxu.az)