“Formula 1” üzrə daha bir yarış təxirə salınıb.
AzBaku.org xəbər verir ki, Bakıdakı yarışdan sonra Monreal şəhərində keçirilməli olan “Kanada Qran Prisi”nin də koronavirus epidemiyasına görə 12-14 iyun tarixlərində baş tutmayacağı bildirilib.
Bununla da, “Formula 1”də cari mövsüm ərzində ləğv olunan və təxirə salınan yarışların sayı doqquza çatıb.
Qeyd edək ki, 5-7 iyun tarixlərində baş tutmalı olan və təxirə salınan “Azərbaycan Qran-Prisi”nin oktyabrın ilk yarısında keçiriləcəyi gözlənilir.oxu.az/