Nyu-Yorkda bir ada koronavirusdan ölənlərin qardaşlıq məzarına çevrildi - VİDEO

Nyu-Yorkda Hart adası koronavirusdan ölənlər üçün qardaşlıq məzarına çevrilib.

RT bununla bağlı görüntülər yayımlayıb.

Drondan çəkilən kadrlarda COVID-19-dan ölənlərin cəsədlərinin basdırılması əks olunub.

O da bildirilir ki, təkcə bu gün Nyu-Yorkda koronavirusdan 6000 nəfər ölüb.

Qeyd edək ki, ABŞ-da yoluxanların ümumi sayı 503,177 nəfərdir. Onlardan 18,761 nəfəri həyatını itirib.