10 min ev su altında qalıb

Haitidə daşqın nəticəsində 10 min ev su altında qalıb

Haitidə yağan güclü yağış və baş verən daşqın nəticəsində 10 min ev su altında qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin cənub-qərbində ikisi azyaşlı olmaqla 5 nəfər təbii fəlakətin qurbanı olub.

Daşqınlar ən çox Haitinin sayca üçüncü ən böyük Le Ke şəhərinə ziyan vurub. Bölgədə bir neçə çay məcrasından çıxıb, bir çox avtomobil yolları bağlanıb.

Meteoroloqlar güclü yağışların həftənin sonunadək davam edəcəyini proqnozlaşdırıb.