İspaniyada bir gündə 585 nəfər koronavirusdan öldü

İspaniyada son bir gündə 585 nəfər koronavirusdan ölüb, yoluxanların sayı 5250 nəfər artıb. Bu, əvvəlki günlə müqayisədə əhəmiyyətli bir artımdır.

AzBaku.org xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Səhiyyə Nazirliyi bunu mütəxəssislər tərəfindən koronavirus testlərindən geniş istifadə etməyə başlamaları ilə izah edir.

Bir milyona yaxın insan yoxlamadan keçməlidir. Eyni zamanda, meyitxanalarda və dəfn evlərində də testlər aparılır. Buna baxmayaraq ölənlərin sayı xeyli artır.

“Euronews” xəbər verir ki, İspaniyada pandemiyanın başlanmasından bəri yoluxanların sayı 188 min nəfəri keçib, qurbanların sayı isə 19 mindən çoxdur.
/