Ana koronavirusa görə boğulan oğlunun qorxulu görüntülərini paylaşdı - VİDEO

ABŞ-ın Kolorado ştatının sakini, tibb işçisi Anna Zimmerman yeni koronavirus infeksiyasına yoluxmuş oğlunun ağlaması və öskürəkdən boğulması ilə bağlı qorxulu video paylaşıb.

Kadrları “Daily Mail” yayımlayıb.

Video dörd yaşlı Linkolnun xəstəxanada müalicə olunduğu beşinci gün çəkilib.
Zimmerman bütün ailənin ehtiyat tədbirlərinə riayət etdiyini və özünütəcrid rejimində olduqlarını vurğulayıb.

“Bu virusun təhlükəli olduğunu hələ cəmiyyətdə təşviş yaranmazdan əvvəl bilirdim. Mən uşaqlarıma hətta qonşuluqda yaşayan dostları ilə görüşməyə icazə vermirdim”, - deyə qadın iddia edir. Bununla belə, martın 21-də Linkolnda öskürək və zökəm kimi COVID-19-un ilk simptomları müşahidə olunub.

Bir həftə sonra uşaqda temperatur yüksəlib. Martın 28-də həkim Linkolnu müayinə edib və virus infeksiyası fonunda sətəlcəm diaqnozu qoyub. Uşaq evdə müalicə alıb, lakin iki gün sonra – nəfəsalmada problem yarananda o, xəstəxanaya yerləşdirilib. Stasionarda olduğu ikinci gün balaca pasiyentdə koronavirus təsdiqlənib.

Həkimlərin səyi nəticəsində uşaq artıq tam sağalıb.

Zimmerman isə COVID-19 virusuna yoluxmanın nə dərəcədə təhlükəli olduğunu xatırlatmaq üçün videonu paylaşmaq qərarına gəlib.

“Xahiş edirəm, özünüzü qoruyun, sağlam olun və virusu tam ciddiyyətlə qəbul edin. Bu, zarafat deyil”, - deyə ana xəbərdarlıq edib.