Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var

Bakıda zavodda partlayış olub.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, partlayış bu gün saat 11:00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.