“İnsanlar ölkənin baş infeksionistindən xəstəliklə bağlı yenilikləri, virusun hansı formada mutasiya edəcəyini, bizə necə təsir edəcəyini, necə qorunmağımız haqqında danışmasını gözlədiyimiz halda, o, reklama çəkilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev deyib.
O, ölkənin baş infeksionisti Cəlal İsayevin reklama çəkilməsinə qarşı çıxaraq, efir vasitəsi ilə onun bu addımını tənqid edib:
“Baş infeksionist “bu pomidorun, xiyarın, qapağı bağlıdır, onu yemək olar və ya olmaz” məzmununda reklama çəkilib. Bu, doğru addım deyil. İnsanlar ondan başqa mövqe gözləyir. Bu dövrdə mənfəət güdmək nədir? Bilmirəm, reklamla bağlı ona ödəmə olub, ya yox? Bu, ciddiyəti ortadan qaldırır.
Biz infeksionistlərimizdən başqa münasibət, açıqlama gözləyirik. Bu, vəziyyətdən istifadə etmək kimi görünür, ikinci adı yoxdur”.