Dollarla bağlı vacib qərar verildi - SON DƏQİQƏ

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

AzBaku.org xəbər verir ki, bu barədə FED-in rəhbərliyin iclasında qərar verilib.

"Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - deyə FED-dən bildirilib.

Xatırladaq ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır.



redaktor.az/