Koronavirusun sirrini tapan alim qətlə yetirildi

Koronavirusun sirrini tapan alim qətlə yetirildi: Dünyanı çalxalayan ölüm


ABŞ-ın Pittsburq univeristetinin elm adamı Binq Liu müəmmalı şəkildə qətlə yetirilib.

carciTV xəbər verir ki, 37 yaşlı elm adamının cəsədi yeni növ koronavirus barədə "cox önəmli dəqiq kəşflər etdim” deməsindən bir müddət sonra evində tapılıb. Çin əsilli elm adamı baş nahiyyəsindən odlu silahla vurulub. Polisin açıqlamasına görə, hadisəni törədən qatilin cəsədi evdən bir neçə metr aralıda tapılıb.

Onun intihar etdiyi irəli sürülür. Bəzi dairələrin iddiasına görə, elm adamı dərman şirkətlərinin sifarişi əsasında qətlə yetirilib. İddia edilir ki, elm adamı koronavirusun mənbəyini və COVID-19-un dərmanını tapdığına görə hədəfə alınıb.
Koronavirusun sirrini tapan alim qətlə yetirildi