İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
AzBaku.org "İxa.az"-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, icra hakimiyyətinin binasına giriş - çıxış bağlanıb.
Bildirilir ki, haqqında olan çoxsaylı şikayətlər əsasında, qaramaskalılar icra başçısının müavini Həsən Həsənovu və bir neçə vəzifəli şəxsi saxlayıb.
İcra başçısı müavini və digər yerli məmurlar həbs edilərək Bakıya gətirilr.
Qeyd edək ki, Həsənov Həsən Murtuza oğlu 20 ildən çoxdur ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.