Ağ Evdə istifadə olunan koronavirus testləri səhv nəticələr verir - İDDİA
Ağ Evdə istifadə olunan koronavirus testlərinin tez-tez səhv nəticələr verdiyi iddia edilib.
“Hürriyet” xəbər verir ki, “Abbott” şirkəti tərəfindən hazırlanan, cəmi 15 dəqiqə ərzində nəticə verən sürətli test ABŞ Prezidenti Donald Tramp tərəfindən bəyənilib.
Nyu-York Universitetinin tədqiqatçıları “Cepheid” adlı şirkətin testləri ilə 101 subyektdə 31 yoluxma aşkarlayıblar. Sonra pozitiv nəticələr əldə edilmiş nümunələr “Abbott”la test edilib və test nəticələrinin 48 faizinin neqativ olduğu qənaətinə gəlinib