ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ.

ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ.
















HƏCƏR QEYRƏTLİ MƏSUDƏ HÜMMƏT QIZI RÜSTƏMOVA.
Cox az adama qismət olur ki, öz yüksək peşəkarlığı, ləyaqəti insani keyfiyyətləri bir-birini tamamlasın.
0, baxımdan Məsudə xanım Rüstəmovanın Qubadlı rayon rəhbərliyi tarixində ləyaqətli xidmətləri olanlar arasında öz yeri, öz dəsti-xətti indi də görünür. Məsudə xanımın üstün cəhəti onda idi ki,onun rəhbərlik etmək səriştəsi ilə insani keyfiyyətləri bütövlük yaradırdı.
O sadə bir ailədə,
1932-ci ilin aprel ayının 30-da Azərbaycanın gözəl güşəsi olan Qubadlı rayonun Növlu k-s.nin Qədili kəndində qulluqçu ailəsində dünyaya göz açmışdır.
Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsində dünyaya gəlmişdir.
Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri vəzifələrində çalışmış, 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı vəzifəsində çalışmışdır.1948-ci ilin avqust ayında isə vəfat etmişdir.
Anası Rüstəmova Çöhrə Abış qızı,1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş,1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxozun üzvü və həmin kolxozda işləmişdir.1927-ci ildən Sov.KP. MK.nin üzvü olub.
Məsudə Rüstəmova 1939-cu ildə Eyvazlı 7-illik məktəbin 1-ci sinfinə daxil olub. Son illəri isə Qubadlı tam orta məktəbindən bitirir, məzun olur.
1950-ci ilin may ayının 30-dan,1958-ci ilin avqust ayına kimi Azarbaycan LKGM Qubadlı rayon komitəsində məktəblər Şöbəsi müdiri və uçot şöbə müdiri vəzifəsində işləmişdir. 1958-ci ildən Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinə daxil olub,1962-ci ildə həmin məktəbi qurtarıb, Qubadlı rayon partiya komitəsinin sərəncamına göndərilmişdir. 1962-ci ilin iyul ayından,1963-cü ilin yanvar ayınn 10-na kimi Qubadlı rayon partiya komitəsində təlimatçı vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1963-ilin yanvar ayından Zəngilan
kolxoz-sovxoz istehsalat idarəsi partiya komitasinin katib müavini vəzifəsində
çalışmışdır. 1962-63-cü illərdən Məsudə xanım Rüstəmovanın partiya karyerası başlayır və elə həmin illərdən də,30yaşlı dişi aslanımız respublikamızın ictimai və siyasi həyatında tanınmağa başladı. Sonralar o, öz işgüzarlığı ilə sübut etdi ki,aslanın erkəyi-dişisi olmaz. Təki el-obaya məhəbbət və canyanğısı olsun. 1964-cü ildə Qubadlı rayonu ilə Zəngilan rayonu ayrılandan sonra Məsudə xanım Qubadlı Rayon icra Komitəsinin sədri işləyib. Elə ilk günlərdən böyük işgüzarlıqla çalışır, ən əvvəl Qubadlıda yerləşən hərbi hissənin köməkliyi ilə Qubadlıda körpü salınmasına nail olur. Daha sonra qəsəbədə hamam tikintisinə rəvac verir..
Bir cox abadlıq işlərinin görülməsində böyük rolu olan Məsudə xanım
bu dəfə də Xanlıq - Qubadlı, Xocahan-Qubadlı yollarını abadlaşdırdı. Qubadlıda iki orta məktəb tikdirmişdir. Xastaxana, raykomun binası- bunlar ispolkom işlədiyi vaxtlarda tikilib.
Rayona su, qaz çəkilməsi də həmin dövrə təsadüf edir". Heydər Əliyev 1969-cu ilin yaynda Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra, o, 1970-ci ilin martında Məsudə Rüstəmovanın Rayon İcraiyyə komitəsinin sədrliyindən, Qubadlı rayon Partiya Komitəsinin birinci katibi seçilməsinə razılıq verir və Məsudə xanım rayonun tam səlahiyyətli vazifə sahibi kimi böyük arzularla işə başlayır. Rayonda həllini
gözləyən bir çox problemlərin həyata keçməsi üçün həm rəhbər, həm də xidmətçi olur. Sadə peşə sahiblərinə, zəhmət
adamlarına,onların qayğılarının müsbət həllinə köməklik edir. Məsudə xanım düz 10 il həmin vəzifədə çalışır, rayonun sosial-iqtisadi inkişafında yüksək xidmətləri olur. Xidmətlərinə görə həmin illər Məsudə xanımın da əməyi yüksək dəyərləndirilib. 0, iki dəfə "Qırmızı əmək
bayrağı"ordeni və "Oktyabr İnqilabı"ordeni ilaə təltif olunub. Məsudə Rüstəmova Rayon Partiya Komitəsinin birinci katibi
vəzifəsindən çıxandan sonra,bir müddət rayonda Mədəniyyət şöbəsinin müdiri,daha sonra isə rayon əmanət bankının müdiri işləyib.1993-cü ilin avqustun son günündən isə rayon sakinləri kimi talehinə macburi köçkünlük həyatı yazıldı, Bakıda yaşadı, prezident təqaüdünə layiq görüldü. Kimliyindən, tutduğu mövqeindən asılı olmayaraq insanların bir çoxu bir-birindən oxşarsız xislətləri ilə
seçilir və tarixin yaddaşınada unudulmaz olur. Onların yaddaşlarda, qəlblərdə və tarixin səhifələrində yaşayan simaları özündən sonra gələn nəsillərin həyatında yaşayır, anılır, əməllərilə dəyər yaradır...
0, sadə bir ailədə doğulsa da, zəhmətkeş bir dağ oğlunun qızı olmaqla bərabər, özünün bacarığı, enerjisi, təşkilatçılıq
səriştəsi, idarəçilik və rəhbərlik qabiliyyəti, ağlı-dərrakəsi və an ümdəsi insanlığı ilə hörmət-izzət sahibi olub. Məsudə xanım ona tapşırılan bütün vəzifələrdə gündəlik işini özünün kişi qeyrətilə şərəfləndirdi və onun kişi təpəri, yurd yanğısı, el-oba məhəbbəti, çalışqanlığı və xeyirxahlığı çoxlarını heyran etdi, mat qoydu.. Bu yöndən"Raykom katibi" kitabında onu yaxından tanıyan ziyalılarımızın ürək sözləri, xatirələri öz əksini tapıb:
"Süleyman Rəhimov ona "Qeyrət xanım" deyərdi.
Dədəmiz Qorqud demişkən, gəlimli-gedimli, son ucu ölümlü olan dünyamızda hər kəsin öz ömür payı vardı, bir gün yaranan bir gün dünyadan getməliydi. O,baxımdan Məsudə xanımın ömrünün sonu 28yanvar 2010-cu ildə sona yetdi. Özü getsə də, izi qaldı, xoş əməlləri qaldı ürəklərdə yeri qaldi. Sumqayıtda torpağa tapşırıldı. Məsudə
xanım,özü kimi yüzlərlə məcburi köçkün olub Sumqayıtda dəfn olunanlara qoşuldu, ürəyində min bir arzular və yurd həsrəti, yurd yanğısı, Vətən sevgisi.
Məsudə Rüstəmova uzun illər partiya işində çalışsa da,yurdunu əsl azərbaycanlı qızı kimi sevdi vətənimizi Yaradan,ona uşaqlıq çağlarından ehtiyac
aclarını əmizdirsə də,ömrünün ahıllıq vaxtında köçkün talehi yaşasa da, zaman-zaman doğmalarını vaxtsız-vədəsiz itirsə də,78 il Qubadlı torpağına əvəzsiz xidmət edən bir ömür bəxş etdi..
MƏKANI BEHİŞT OLSUN.

Naile Muradova Muradovainın feyzbuk səyifəsindən.