Yasamalda piyadanı vuraraq ağır yaralayan sürücü qaçıb

Kamera qeydlərindən kişini BMW markalı maşının vurduğu müəyyən edilib
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AzBaku.info "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Nadirov Rauf Əziz oğlu Yeni Yasamal yaşayış massivində yerləşən "Qismət" şadlıq sarayı yaxınlığında yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qəzanı törədən sürücü ərazidən qaçıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisənin baş verdiyi ərazidəki Təhlükəsiz Şəhər Kamerasında qeydə alınan görüntülərdən aydın olub ki, piyadanı "BMW" markalı minik avtomobili vurub. Hazırda sürücü axtarılır.