Vətən həsrəti
1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə hadisələri — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölələrin ərazilərinə sığınmışdır.
Məshəti (Axıska) türkləri qürbətdə necə yaşıyırlar?
Məshəti türkləri, özlərini “Axıska türkləri” və ya sadəcə ”Axıska” olaraq adlandırırlar. Böyük Qafqaz Sıradağlarının şimalında yerləşən Şimali Osetiya Respublikası Məshəti (Axıska) türklərinin ana vətəni deyildir. Özbəkistandakı vəziyyət onların həyatları üçün təhlükəli olduğu üçün Məshəti (Axıska) türkləri otuz il əvvəl Osetiya torpaqlarına köçmək məcbiriyyətində qalııblar. Orta Asiya’ya da öz istəkləri ilə yerləşməyiblər. Oralara Stalinin əmri ilə Gürcüstandan məcburi sürgün edilmişdilər.
Hal-hazırda Şimali Osetiya Respublikasının şəhər və kəndlərində yaşayırlar və ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olurlar. Axıska diasporasının üzvlərindən biri: “Gündüzləri biz həkim vəya müəllimik, axşamları isə hamımız kəndçiyik” deyə zarafat edir.
Şimali Osetiya Respublikasının Millətlər arası əlaqələr nazirliyinin bir işçisi belə deyir: “Mozdok şəhərində yaşayan Məshəti (Axıska) türklərinin 30% ali təhsilli və bir sənət sahibidirlər. Amma öz sahəsində çox az insan çalışır, çoxu kənd təsərrüfatı, kirayə götürdükləri topraq sahələrini işlədirlər, tərəvəz yetişdirirlər. Son vaxtlar bu şəhərdə yerləşən Türk ailələrinin həyat şəraiti getdikcə yaxşılaşır və bu səbəblə doğum səviyyəsi də artmaqdadır”.
Nazirlik işçisi, bütün Axıska uşaqlarının orta məktəbdə təhsil aldıqlarını, məktəbdən sonra da idman, musiqi və digər fərqli sosial fəaliyyətlərlə məşğul olduqlarını deyir. Təbii ki, problemsiz həyat olmur, məsələn Şimali Osetiyada türk dili təhsili yoxdur. Yenə də Axıska diasporası bu işin öhdəsindən yüksək səviyyədə gəlir. Məshəti (Axıska) türkləri, hər şeyə baxmayaraq ana dillərini qoruya bilmiş çox az saydaki millətlərdən biridir.
İmam Həmdi Nazimov: “Əgər insan çalışqandırsa daş üstündə belə əkin əkər, günde 24 saat belə çalışar. Biz bir birimizi heç olmazsa xoş sözlərlə dəstəkləməliyik” deyir. Həmdi bəy Özbəkistanda doğulub. Sonra bütün ailəsi ilə birlikdə Mozdok şəhərinə köçüb, daş karxanasında çalışıb. Ana vətəni olan Məshəti torpaqları haqqında ancak nənəsindən eşidib və sadəcə keçən ilin payızında Gürcüstana gedib, ata-babalarının yaşadıqları torpaqları görə bilmişdir.
İmam Həmdi deyir: “Ailəmi, qohumlarımı buraxıb ora geri dönə bilmərəm amma bir gün ana vətənimizə geri dönəcəyik inşallah. Hal-hazırda Gürcüstan’da min beş yüzə yaxın məshəti türkü yaşayır amma bu çox da vacib deyil. Əsas olan budur ki, mən Gürcüstanda gürcü olaraq deyil, türk olaraq qəbul edilmək istiyirəm.”
Məshəti (Axıska) türkləri Mozdok şəhərində yerləşən “Dostluq evi”ndə çox səmimi bir hörmətlə qarşılanırlar. “Dostluq evi” dərnəyinin işçisi Valentina Yarışeva deyir: “Məshəti (Axıska) türkləri bütün fəaliyyətlərimizə qatılırlar. Onların musiqi qrupu belə var. Lazım olanda biz onlara kömək də edirik. Vətənlərinə geri qayıtmağı çox istəyirlər, amma bu çox təəssüfki mümkün deyil.” Axıska diasporasının rəhbəri Mehriəli Saracov, dekabr ayında Türkiyə Prezidenti ilə görüşdüyünü və bu görüşdən sonra bir ümüdləri olduğunu deyir.
Mehriəli bəy belə deyir: “Türkiyə Prezidenti problemimizin həll olunmağı üçün əlindən gələni edəcəyini söylədi. Təbii ki, vətənimizə dönməyi istəyirik. Ata-babalarımızın yaşadıqları yerlərə gedib oraları gəzdik. O torpaqlar çox gözəldir! Nə deyim, vətən vətəndir. Gürcüstan höküməti, vətənimizə geri dönməyimizlə əlaqəli öhdəliklərini bir neçə il əvvəl öz üstünə götürdü, amma çox təəssüf ki, yerinə yetirmədi. Dərnəyimizin bəyannaməsində bütün arzu edənlərin vətənimizə geri qayıtmalarıyla əlaqəli bir maddə belə var.” Gürcülər Məshəti (Axıska) türklərini ölkələrində görməyə çox da istəkli deyillər.
Gürcüstanlı bir siyasətçi, Azad Gürcistan Partiyası lideri Kaha Kukava bu mövzuda belə qeyd etmişdir: “90- cı illərin əvvəllərində belə bir tələbləri vardı. Bir qrup halında geri qayıdıb, istədikləri torpaqlara yerləşmək və bir Türk Muxtar Respublikası qurmaq istəyirdilər. Təbii ki, Gürcüstan höküməti buna heç vaxt icazə verə bilməz, amma kimsə gerçəkdən ata torpaqlarına geri dönmək istiyirsə vəya burda evtorpaq almaq istəyirsə, buna heç bir etirazımız yoxdur. Məshəti (Axıska) türklərinin geri dönmələri ilə əlaqəli heç bir problem yoxdur, amma Gürcüstan’da bir Türk Muxtar Respublikasının qurulması heç vaxt mümkün olmayacaq. Düşünün ki, Gürcüstan kiçik bir ölkədir, əhalisi 3-4 milyon və bir anda yarım milyon Məshəti (Axıska) türkü Türkiyə sərhədindəki bir bölgəyə yerləşib, bir hökümət qururlar. Bunun adı geri qayıdış değildir. Bunun bomba partlatmaqla heç bir fərqi yoxdur. Elə buna görə gürcü siyasətçiləri və xalqı buna etiraz edirlər.”
Hal-hazırda Gürcüstan və Türkiyə siyasi əlaqələri yüksək səviyyədədir. 23 dekabr 2019-cu ildə Gürcüstan, Azərbaycan və Türkiyə ortaq bir qərar və işbirliyi planı imzaladılar. Bu işbirliyi ən əsas siyasi, ticari, ekonomik, mədəni, enerji, nəqliyyat sahələrində və bir çox mövzunu əhatə edir. Lakin bu işbirliyinin içində 40-cı illərdə bəzi siyasətçilərin səhv qərarları ucbatından evlərindən didərgin düşənlər haqqında heçbir maddə yoxdur.
Ana vətənlərində qərib olub, gürbətdə yeni bir vətən tapan Məshəti (Axıska) türklərinin bu problemi nə vaxt həll olunacaq görəsən?
Zaur MAMEDOV,
Şimali Osetiya “Azərbaycanlılar Konqresinin”
Gənclər Təşkilatının sədri
P.S: Özbəkistanın Fərqanə vadisində baş vermiş qanlı hadisə haqlı olaraq "xalqlar imperiyası" adlanan Sovet İttifaqında obyektiv gerçəkliyi nəzərə almadan aparılan milli siyasətin yanlış və acınacaqlı nəticələrindən biridir. Növbəti saylarmızda bu hadisələri özündə əks etdirən yazıları dərc edəcəyik.