Rusiya ilə ABŞ arasında təyyarə gərginliyi
Rusiya Müdafiə Nazirliyi Qara dəniz və Baltik dənizi üzərində ABŞ-a məxsus B-B1 tipli qırıcıların qeydə alındığını bildirib.
Rusiya KİV-in son dəqiqə xəbəri olaraq verdiyi məlumatlarda bildirilib ki, onların qarşısını almaq üçün SU-27 və SU-30 tipli savaş təyyarələri havaya qaldırlıb.
Yalnız bu müdaxilədən sonra ABŞ təyyarələri istiqamətlərini dəyişərək ərazidən uzaqlaşıblar.
Bundan əladə, Rusiya MN-dən verilən açıqlamada may ayı ərzində ABŞ və NATO-ya aid 50-ə qədər qırıcının Qara dəniz və Baltik dənizi üzərində qeydə alındığı, onların qarşısının alınması üçün iki dəfə xüsusi təyyarələr havalandırıldığı bildirlib.