Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO

Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO











Bakı Bulvarında 2003-cü il təvəllüdlü Allahverdiyev Riyad Oktay oğlu dənizə yıxılıb.
BakuPost xəbər verir ki, hadisə “Dəniz Mall”ın yaxınlığında baş verib.
Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq, boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.
R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.