Hər dəfə boş yer axtarmamaqdan ötrü yerə xalça döşəyib
Belarusun paytaxtı Minskın Turgenev küçəsindəki binanın həyətində sakinlər qeyri-adi “parklamanın” şahidi olublar. Binada yaşayanlardan biri hər dəfə avtomobili üçün boş yer axtarmamaqdan ötrü yerə xalça döşəyib.
Maraqlısı odur ki, avtomobil sahibi nəqliyyat vasitəsini orada saxlamadığı vaxt belə, heç kəs həmin xalça üzərində maşın park etmir.
Yeri gəlmişkən, bu, Belarus paytaxtında ilk belə hadisə deyil. Belə ki, buna qədər artıq vətəndaşlardan biri “Zapı”nı parklamaq üçün yerə xalça sərmişdi.