Hər evdə olan bu əşya koronavirusu məhv EDİR

Hər evdə olan bu əşya koronavirusu məhv EDİR











Boston Universitetinin Yoluxucu Xəstəliklər üzrə Milli Laboratoriyasının tədqiqatçıları bildiriblər ki, koronavirusu uzaq ultrabənövşəyi şüanın köməyi ilə tamamilə məhv etmək olar.
Bu barədə Biospace portalı məlumat verib.
Mikrobioloq Entoni Qriffitsin rəhbərliyi altında bir qrup alim eksperiment keçirib. Bu eksperementdə virus hüceyrələri ilə çirklənmiş “SARS-CoV-2” materialına qarşı ultrabənövşəyi şüanın müxtəlif dozaları tətbiq olunub və patogenin məhv olunma prosesinin sürəti qiymətləndirilib.
Məlum olub ki, ultrabənövşəyi şüa 5 MJ/CM2 miqdarında tətbiq edildikdə, virusun yayılması altı saniyə ərzində 99 faiz azalır. 22 MJ/CM2 miqdarlı şüa isə virusu 25 saniyə ərzində tamamilə məhv edib.
Tədqiqatçıların qiymətləndirməsinə görə, 13 vatt gücündə enerjiyə qənaət edən lampa sahəsi 15 kvadratmetr olan otağı koronavirus hissəciklərindən təmizləməyə qadirdir.
Alimlər qeyd ediblər ki, ultrabənövşəyi şüa artıq 40 ildir ki, bakterisid vasitə kimi tətbiq edilir və bu müddət ərzində yüzlərlə sınaqdan keçirilmiş virusun heç biri bunun təsirindən yaşaya bilməyib. Şüalanma insan üçün də təhlükəli ola bilər (aktualxeber.az)