Bakıda altı yaşlı oğlanı it dişlədi

Bakıda altı yaşlı oğlanı it dişlədi












Bakıda azyaşlını it dişləyib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2014-cü il təvəllüdlü K.Əliyev küçədə oynayarkən qəfil sahibsiz itin hücumuna məruz qalıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.