Türkiyə Ordusunun Komandanı kim olmasından asılı olmayaraq, o bizim üçün Nuru Paşadır.
İl 1918 isti yay günləri Qafqaz İslam Ordusu Nuru Paşanın Komandanlığında Gəncəyə, Göyçaya, Kurdəmirə, Şamaxıya, Qarabağa, Bakıya, Qarabekir Paşanın komandanlığında Nahçıvana , Zəngəzura gələrək Azərbaycan Ordusuyla birlikdə Yurdumuzun Quzeyində erməni-rus teror çətəsini püskürtmüşdür.
İndi Tarih təkrarlanır 2020 ilin isti yay günlərində yenidən Nuru paşa başda olmaqla Türkiyə-Turan ordusu eyni yolla Bakıya gəlir. Ordunun başında kim olmasından asılı olmayaraq, o bizim üçün Nuru Paşadır.
Bu gün Turan Komutanı Ənver Paşanın, Atatürkün, Rəsulzadənin, Atsızların, Türkeşin, Elçibəyin, Heydər Əliyevin ruhlarının şad olan günüdü. Bu gün birlik günüdü. Turan Ordusunun yaranma günüdü. Bu gün, İrəvana, Xankəndinə, Tebrizə, Kərkükə, Kaşkara, Hələbə gedəcəyimizə inamın millətin içində işıqlarının yanan günüdü. Bu gün damarlarımızda axan əsil Türk qanının yaratdığı qurur günüdü.
Bu günlərə gəlməyimizdə illərlə səbrlə aparılan siyasət dayanır. Bu günləri yaşamağımızda Türk millətinin iradəsi ilə yanaşı İlham Əliyevin, Tayib Ərdoğanın. Dövlət Bahçəlinin rolu əvəzedilməzdir.
Artıq Azərbaycan Türkiyə Andı((ATA) bir gerçəkdir.
ATA Turanın Qurucusudur, ATA-sıdır.
Yaşasın ATA!
Yaşasın Turan!
Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı