“BU PARTİYA RUSİYANI DAĞITMAQ ÜÇÜN YARADILIR” – Ruslar və ermənilər Turan Partiyasının fəaliyyətindən narahat olmağa başlayıb / VİDEO
Ermənilərin Tovuza hücumundan az sonra Cahandar Bayoğlunun başqanı olduğu Turan Partiyasının Rusiyadakı müəlman-türk xalqlarına müraciəti bu ölkədə böyük narahatçılığa səbəb olub. Təsadüfi deyil ki, günlərdir bu bəyanata qarşı çoxsaylı çıxışlar səslənir, müxtəlif rus və erməni ekspertlərlə yanaşı, hətta bəzi vətən xaini olan azərbaycanlılardan da istifadə olunur.
Muxalifet.az xatırladır ki, bir neçə gün əvvəl Moskva xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan, illərdir Rusiyada yaşayıb Azərbaycana qarşı hədyanlar söyləyən İsmayıl Şabanov adlı birisi rus internet telekanallarının birində çıxış edərək, “Turan Partiyası yaradıblar, Azərbaycanı Türkiyəyə birləşdirirlər”, - deyə Turan Partiyasını hədələmişdi. Üstəlik, o, rus kəşfiyatına da müraciət etmişdi ki, “Azərbaycanda Türk millətçilərini susdurun, onların qarşısını alın”.
Turan Partiyasının məlum müraciətindən, ümumiyyətlə ideoloji xəttindən narahat olan Rusiya xüsusi xidmət orqanları bu məsələdə bir sıra politoloqlara da xüsusi görəv verib. Məsələn, Rusiya jurnalisti və televiziya aparıcısı Vladimir Solovyovun gecə verilişlərinin daimi qonağı olan məşhur rus politoloqu, Orta şərq və İsrailin iqtisadi-siyasi məsələləri üzrə eksperti kimi tanınan Yevqeniy Satanovskiy də "Novosti Armenii" internet kanalına Moskvada baş verən erməni-azərbaycanlı qarşıdurmasından bəhs edib. Maraqlıdır ki, o, öz müsahibəsində daha çox Azərbaycanda qurulmaqda olan Turan Partiyasının məramından danışıb və açıq şəkildə narahatçılığını ifadə edib. O deyib ki, “bu partiya Rusiya türk-müsəlman xalqlarını Kremlə qarşı qaldırmaq üçün yaradılır və məqsədi Rusiya Federasiyasını dağıtmaqdır!”
[center]
Erməni televiziya kanalının bu məsələyə xüsusi yer ayırması onu göstərir ki, Cahandar Bayoğlunun müraciəti və yenicə qurulmaqda olan Turan Partiyasının fəaliyyəti onları da narahat edir. Hansı ki, Yevqeniy Satanovskiyin "Novosti Armenii" internet kanalına müsahibəsində bu tezisləri açıq şəkildə görmək mümkündür. Odur ki, buyurun, həmin verilişlə tanış olun: