Qardaşının üzərinə kimyəvi maye tökərək yandırdı – VİDEO
İstanbulun mərkəzində yerləşən Bəyoğlu rayonununda adı mətbuata açıqlanmayan şəxs kiçik qardaşının üzərinə kimyəvi maye tökərək onu yandırıb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, alova bürünən oğlanı ətrafdakı insanların köməkliyi ilə xilas etmək mümkün olub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadasının həkimləri gəlib.
Xəsarət alan şəxs yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törədən böyük qardaş saxlanılıb.