Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə - MÜRACİƏT
Şahin Məmmədovdan, Şimali Osetiya-Alaniya Respublikası (Rusiya)
Möhtərəm Prezident,
Ali Baş Komandan olaraq Sizin əmrinizlə Milli Ordumuz döyüş meydanında status-kvonu dəyişməsi, təmas xəttini yarıb keçməsilə Azərbaycan hərb tarixində yeni səhifələr açır. Siz xalqımıza arxalanaraq beynəlxalq aləmə iradə və güc nümayiş etdirirsiz. Şimali Osetiyadakı soydaşlarımız olaraq Sizin bu qətiyyətiniz bizləri fərəhləndirir.
Cənab Ali Baş Komandan,
Ermənistanın təxribatları nəticəsində minlərlə Azərbaycan hərbçisi və mülki şəxsləri həlak olub. Şimali Osetiyadakı soydaşlarımız Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini həmişə pisləyir. Biz Ali Baş Komandan olaraq Sizin əmrini gözləyirik. Rusiyadakı azərbaycanlılara çağırış olunsa, hamımız hazırıq gəlib Vətənimizi qoruyaq. Biz hər zaman Vətənlə birlikdəyik və Sizin siyasətinizi dəstəkləyirk. İnanırıq ki, şanlı ordumuz Dağlıq Qarabağı tamamilə işğaldan azad edərək xalqımıza böyük zəfər qələbəsinin sevincini yaşadacaq.
Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti, ehtiyatda olan polkovnik Şahin Məmmədov
Şimali Osetiya-Alaniya Respublikası (Rusiya), Vladiqafqaz şəhəri