Eldar Həsənovun vəkillərindən Prezidentə müraciət
Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə müraciət edib. REPORTYOR.info xəbər verir ki, vəkillər müraciətində keçmiş Baş prokurorun səhhətinə diqqət çəkib. Vəkillər bildirir ki, səhhətində ciddi problemlər olan Eldar Həsənova həyati təhlükə yaranıb və buna görə də təcili şəkildə tibbi müdaxiləyə ehtiyac var. Müraciətdə daha sonra deyilir:
Bənzər Yazılar
Ovçu ərəbləri Azərbaycana bu məmur gətirib?
Erməni hərbçilərin maketlərini kim hazırlayıb? (ViDEO)
Azərbaycanda yoluxanların və sağalanların sayı artdı
“Ümid edirik ki, vəkillərin bu səsi tərəfinizdən eşidiləcəkdir.
Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.
Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarada cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməmişdir.
Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qimətləndirir.
Eldar Həsəənovun hal-hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək. Siyahı hamını dəhşətə gətirir:
Şəkərli-diabeti üçün
Janumet – 1 t x 2 dənə (səhər, axşam),
Jardiance – 1 t x 2 dənə,
Ürək üçün
Sortes – 2 t x 1 d,
Triatek – 2 t x 2 d,
Carvaton – 1 t x 2 d,
Valokardin – 20 damla x 3 dəfə,
Validol – 1 t x 2 d,
Aspirin-kardio – 1 t x 2 d,
Yaddaş üçün
Rezerkane- 1 t x 2,
Yuxu üçün
Remeron – 1,5 t x 1 d,
Dalmadorm – 1- 1,5 t x 1 d,
Relaxane – 1 t x 2 d,
Mugakalm – 1 t x 2 d,
Voltoren- 1-2 tab x 1- 2 d
Ketanol (100 mq) 3 – 7 tab – 24 saatərzində (çox təhlükəli doza),
Azrozol (ингаляционныйдозированный) – nəfəs almada problemlər yarananda,
Movicol – gündə 2-3-4 dəfə),
Laxoberon – gündə 2-3-4 dəfə),
Nücleoc.m.p. Forte ( sümük ağrıları üçün),
Сольбутанол (интели) nəfəs almada problem yarananda.
Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir.
Möhtərəm cənab Prezident!
Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik:
Həsənov Eldar Hümbət oğlunun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün mümkün olan köməklik edəsiniz”.