Bakıda özünü dənizə atan şəxs xilas edilib
Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu ərazisində bir nəfərin intihar məqsədilə özünü dənizə atmaq istəyib.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.