Hazırda media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi üzərində işlər aparılır.
Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib.
"Bununla bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsi tərəfimizdən tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır", - deyə agentlik rəhbəri vurğulayıb.