Rusiya icbari hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyi planlaşdırır.
Bu barədə Rusiya parlamentinin Müdafiə komitəsinin sədri Andrey Kartapolov məlumat verib.
Onun sözlərinə görə, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığı 21-30 yaşa dəyişdirilə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin konseptual olaraq hərbi xidmət yaşının dəyişdirilməsi ideyasını dəstəkləyib.