Bildirilib ki, Putin artıq seçki kampaniyasına start verilməsi ilə bağlı göstəriş verib.
Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulub. Növbədənkənar seçkilər olmayacağı təqdirdə seçki bu tarixdə keçiriləcək. Təbliğat-təşviqat kampaniyası qanunvericiliyə müvafiq olaraq bu ilin dekabr ayında başlamalıdır.
Putin 1999-cu ilin dekabrın 31-də Boris Yeltsinin istefasından sonra Rusiya prezidenti olub. 2008-2012-ci illərdə onu Dmitri Medvedev əvəzləyib.