Mətbuat katibi direktor köməkçisi təyin olundu

Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasımov özünə yeni köməkçi təyin edib.
 
Direktorun müvafiq əmri ilə bu vəzifə Günay Quluzadəyə həvalə olunub.
 
Xatırladaq ki, G.Quluzadə bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
 
E.Qasımov keçən ilin sonunda direktor vəzifəsinə təyinat alıb.