Çin əhalisi sürətlə azalır - 60 ildə ilk dəfə


Çin əhalisi sürətlə azalır - 60 ildə ilk dəfə

Ötən il Çinin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə azalmağa başlayıb.
 
Bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.
 
"Ötən il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub", - hesabatda bildirilib.