"McDonald's"ın əməkdaşları ilə sakinlər arasında gərgin anlar - VİDEO


"McDonald's" şirkətinin "Memar Əcəmi" metro stansiyasının çıxışındakı yolu bağlaması sakinləri qəzəbləndirib.
Narazı insanlar "Baku TV"nin əməkdaşına bildirib ki, ərazidə aparılan tikinti işləri onların keçidini məhdudlaşdırıb.
Bundan sonra hadisə yerinə gələn şirkət əməkdaşları ilə sakinlər arasında gərginlik yaranıb. Məsələyə şirkət rəhbərliyi müdaxilə edərək yolun açılması üçün tapşırıqlar verib.