Sürücülərin nəzərinə: Cərimələnə bilərsiniz...


8 Noyabr (keçmiş Nobel) prospektində yol hərəkətinin təşkilində bir neçə gündür müəyyən dəyişikliklər edilib.

“Azpetrol” yanacaqdoldurma məntəqəsindən çıxan zaman sürücü məcburi olaraq “NZS qəsəbəsi” adlanan əraziyə doğru istiqamətdəki işıqfor qədər gedib oradan geriyə dönə və mərkəz istiqamətində qayıda bilər.

Həmçinin sürücü mərkəzdən gəlib geridönmə etdikdən sonra Ağ şəhər istiqamətinə tərəf gedə bilməz.

Çünki bu istiqamətdə 1.5 qırıq-qırıq xətlər bütöv 1.3 xətləri ilə əvəz olunub. Təqdim etdiyimiz fotodakı qırmızı oxlarla hərəkət etsəniz, siz qaydaları pozmuş olacaqsınız. Buna görə də yaşıl oxlarla işarələnmiş istiqamətlərdə hərəkət etmək lazımdır.