Xırdalanda su kəsiləcək


Bu gün Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
azbaku.org "Azərsu" ASC-yə istinadən xəbər verir ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.